Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Məşhur ingilis aktyor BMT-nin qala gecəsində Azərbaycandan bəhs edib
Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığının xoşməramlı səfiri, məşhur ingilis aktyor Teo Ceyms BMT-nin Müxbirlər Assosasiasiyasının (United Nations Correspondents Association) təşkil etdiyi mükafatlandırma gecəsində Azərbaycana səfərindən danışıb.
Oxu.Az "Report"un ABŞ bürosuna istinadən xəbər verir ki, Teo Ceyms BMT rəsmilərinin və diplomatların qatıldığı gecədə çıxış edərək Azərbaycanın bu il ev sahibliyi etdiyi COP29-a qatıldığını deyib. O, COP29 çərçivəsində iqlim dəyişkənliyi ilə mübarizədə Bakıda reallaşdırdığı vacib görüşlərdən bəhs edib.
"Report"un ABŞ bürosunun təmsilçisi ilə həmsöhbət olan aktyor ölkəmizdə səmərəli və gözəl vaxt keçirdiyini dilə gətirib, Azərbaycan xalqına sevgilərini göndərib.
Qeyd edək ki, UNCA mükafat gecəsində Teo Ceyms "İlin qlobal vətəndaşı" mükafatını alıb.
"Birləşmiş Millətlər Təşkilatı (BMT)" teqi üzrə xəbərlər
- Azərbaycan BMT-də mina qurbanlarının hüquqlarının müdafiəsini tələb edən xüsusi qətnamə irəli sürüb
- Deputat: "31 Mart soyqırımı Azərbaycan tarixində deyil, bəşəriyyətdə də qanlı faciələrdən biridir"
- Joze Marten Jan-Pyer: "Müstəmləkəçiliyin aradan qaldırılması üçün səylərimizi birləşdirməliyik"
- Azərbaycanın BMT-dəki nümayəndəsi: "Sıfır Tullantı təşəbbüsü COP29-da qlobal dəstək qazandı"
- Azərbaycanın daimi nümayəndəsinin BMT baş katibinə məktubu qurumun sənədi kimi yayımlanıb