Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

MİDA mənzillərinin güzəştlə əldə edilməsi qaydası dəyişdirilir
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası"nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Oxu.Az President.az-a istinadən xəbər verir ki, fərmana əsasən, "güzəştli mənzil" sistemi vasitəsilə mənzil seçildikdən sonra onun dəyərini öz vəsaiti hesabına əldə etmək niyyətini bildirmiş ərizəçinin seçdiyi ödəniş üsulunun ipoteka krediti hesabına ödəniş üsuluna dəyişdirilməsinə yol verilmir.
Bundan başqa, elektron kabinet verilmiş şəxsin kabineti aşağıdakı hallarda ləğv edilir və həmin şəxsin göstərmiş olduğu vasitələrdən biri ilə (elektron poçt ünvanı, mobil telefon nömrəsi, poçt ünvanı) ona beş iş günü müddətində bu barədə məlumat göndərilir:
- Ölkə Prezidentinin müvafiq aktı ilə şəxsin bu qaydanın 2.1-ci bəndində müəyyən edilmiş şəxslər kateqoriyasına aid olması halı ləğv edildikdə;
- elektron kabinet verilmiş şəxsin bu qaydanın 5.3.3-cü yarımbəndinə uyğun olaraq göstərdiyi, şəxsin bu qaydanın 2.1-ci bəndində müəyyən edilmiş şəxslər kateqoriyasına aid olması barədə məlumatlarda təhrifetmə halları məhkəmə tərəfindən müəyyən olunduqda.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Prezidentdən Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin icrası ilə bağlı SƏRƏNCAM
- Prezident 2024-cü il dövlət büdcəsinin icrası haqqında Qanunu TƏSDİQLƏDİ
- Pambıq istehsalçılarına qəbz elektron formada veriləcək - Prezident TƏSDİQLƏDİ
- Azərbaycanda "Şübhəli əməliyyatların monitorinqi" informasiya sistemi yaradılır
- Bələdiyyələrin vahid informasiya sisteminin yaradılması TƏSDİQLƏNDİ