Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Milli Məclisin sədri Sahibə Qafarova Vatikana səfərə gedib
Aprelin 25-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Roma Papası Fransiskin dəfn mərasimində iştirak etmək üçün Vatikana səfərə gedib.
Milli Məclisdən Oxu.Az-a bildirilib ki, Roma şəhərinin beynəlxalq hava limanında Milli Məclisin nümayəndə heyətini Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov, ölkəmizin İtaliyadakı səfiri Rəşad Aslanov və Vatikan rəsmiləri qarşılayıblar.
Milli Məclisin sədri aprelin 26-da Santa Mariya Maccore bazilikasında keçiriləcək dəfn mərasimində ölkəmizi təmsil edəcək, Roma Papasının son mənzilə yola salınması tədbirlərinə qatılacaq.
"Milli Məclis" teqi üzrə xəbərlər
- Vüqar İsgəndərov: "Elektronlaşma həm dövlətin, həm də iş adamlarının işini sadələşdirir"
- Miras şərikləri vərəsəlik şəhadətnaməsi ala biləcəklər
- Vərəsələr hansı halda məsuliyyət daşıyacaqlar?
- Mirasdan imtina etməmək mirasın qəbulu sayılacaq
- Vərəsə hansı halda mirasın siyahıya alınmasını tələb edə bilər?