Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Mincivan qəsəbəsinə köçürüləcək sakinlərin sayı AÇIQLANDI
"Zəngilan rayonunun Mincivan qəsəbəsinə birinci mərhələdə 3 146 nəfər köçürüləcək".
"Report"un məlumatına görə, bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rzayeva jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Mincivan qəsəbəsinin sahəsi 301,51 hektardır:
"2040-cı ilədək qəsəbədə 9 088 nəfər üçün 630 fərdi ev və bir neçə mərtəbəli yaşayış binalarının tikilməsi nəzərdə tutulub. Mincivan qəsəbəsində yaşayacaq əhalinin məşğulluğunun təmin olunması məqsədilə idarəetmə, mədəniyyət və əyləncə, iqtisadi inkişaf obyektləri, xidmət və kommersiya müəssisələri yaradılacaq.
"Qəsəbədə inzibati bina, mədəniyyət mərkəzi, kitabxana və çoxfunksiyalı bina, restoran, idman-sağlamlıq, ailə-sağlamlıq mərkəzləri, hotel, bayraq meydanı, ticarət, məişət və baytarlıq xidmətləri obyektləri, mebel mağazası, mərasim evi, yanğın deposu, bazar kompleksi, emalatxana və satış köşklərinin yaradılması nəzərdə tutulub. Mincivan qəsəbəsində tam orta məktəb, uşaq bağçası, poliklinika, avtovağzal binası, yanacaqdoldurma məntəqəsi, anbar və logistika binaları, ağac emalı və mebel sexləri, digər istehsalat müəssisələri də inşa olunacaq", - İ.Rzayeva qeyd edib.
Şöbə müdiri onu da vurğulayıb ki, "Böyük Qayıdışa dair I Dövlət Proqramı"na müvafiq olaraq, birinci mərhələ üçün layihələndirilən ərazinin sahəsi 153,4 hektardır:
"Bu mərhələdə Mincivan qəsəbəsinə 3146 nəfərin köçürülməsi üçün 628 fərdi ev və 92 mənzildən ibarət bir neçə mərtəbəli dörd yaşayış binasının tikintisi nəzərdə tutulur".
Qeyd edək ki, Prezident İlham Əliyev mayın 18-də Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub.
"Cəbrayıl" teqi üzrə xəbərlər
- İşğaldan azad edilmiş ərazilərlə bağlı Əlaqələndirmə Qərargahının tərkibi dəyişdi
- Şəhid anası oğlunun son telefon zəngindən DANIŞDI
- Cəbrayıla köçən 34 ailəyə mənzillərinin açarları təqdim olundu
- Yusif Səfixanov: "Biz əl-ələ verib doğma Cəbrayılımızı yenidən dirçəldəcəyik"
- Pəri Xudiyeva: "Heç vaxt Cəbrayıla dönəcəyimizə ümidimizi itirməmişdik"