Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
"Moskva Rəsmi Bakı ilə ermənilərin Qarabağa qayıdışını müzakirə edib" - Bizdən nə danışırlar?
"Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı efirə gedib.
Verilişdə bildirilib ki, Azərbaycanın nailiyyətlərini gözü götürməyənləri ölkəmizin nüfuzlu COP29 kimi tədbirin ev sahibi olması çox narahat edir və buna görə də, bizə qarşı hücumlar var.
Amma ölkənin uğurlarını işıqlandıran xarici KİV isə daha çoxdur. "Euronews" telekanalının saytında Bakıda keçiriləcək COP29 İqlim Sammitinin gündəliyi ilə bağlı Lottie Limbin məqaləsi dərc edilib.
Bildirilib ki, liderlər noyabrın 11-dən 22-dək iki həftə ərzində dünya iqlim tədbirlərini gücləndirməyin yollarını axtaracaqlar. Türkiyənin "Daily Sabah" nəşri İstanbulda keçirilən Cənubi Qafqaz üzrə Regional Əməkdaşlıq Platformasının üçüncü iclası barədə xəbər yayımlayıb.
Mənbə bildirir ki, iclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və İranın xarici işlər naziri Abbas Əraqçi iştirak ediblər.
İclasda regionda müharibə və qarşıdurma əvəzinə sabitliyin bərqərar olması və rifahın artırılması istiqamətində atılacaq addımların dəyərləndirildiyi, konkret əməkdaşlıq layihələri, o cümlədən regional əlaqələrin gücləndirilməsinin müzakirə olunduğu diqqətə çatdırılıb.
Rusiyanın "Komsomolskaya pravda" nəşri bildirir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova rəsmi Moskvanın Bakı ilə ermənilərin Qarabağa qayıtması məsələsini müzakirə etdiyini açıqlayıb. "Rusiyalı rəsmi Qarabağı tərk etmiş ermənilərin yaşamaq üçün Rusiyaya müraciət etdiklərini və bu məsələdə onlara dəstək verdiklərini bildirib", - deyə mənbə Mariya Zaxarovanın açıqlamasına istinad edib.
Ətraflı Baku TV-nin süjetində:
"Ceyhun Bayramov" teqi üzrə xəbərlər
- XİN başçısı: "Ermənistandan qətiyyətli addımlar gözləyirik"
- XİN başçısı: "Araz çayı üzərində körpü tikintisi davam edir"
- Azərbaycan XİN rəhbəri: "Sülh müqaviləsinin mətni üzrə bəlli irəliləyişlər əldə edilib"
- Ceyhun Bayramov: "Azərbaycanda tarixi qərarlar qəbul olunub"
- Nərimanov sakinlərinin üzləşdiyi təhlükəli vəziyyət - Xəbərlərin 20:00 buraxılışı