Stasionarda müalicə alan bütün xəstələrə 166 adda dərman vasitələri pulsuz verilir.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bunu Azərbaycan səhiyyə nazirinin müavini Elsəvər Ağayev onlayn konfrans vasitəsilə ünvanlanan suallara cavabında deyib.
Onun sözlərinə görə, bu gün ölkədə xəstələrin bir çox qrupu dövlət tərəfindən pulsuz dərman vasitələri ilə təmin olunurlar.
Bundan başqa müxtəlif imtiyazlı qruplara daxil olan xəstələrə (şəkər xəstələri, I, II qrup əlillər, Qarabağ və Böyük Vətən Müharibəsi əlilləri və s.) 99 adda dərman preparatları pulsuz paylanılır.
Nazir müavini şəkərli diabet xəstələrinin aşkar edilməsi işinin yaxşılaşdırıldığınıda deyib. O, bildirib ki, qeydiyyata götürülən xəstələrin sayı 3,6 dəfədən çox artaraq 180 minə çatıb. Həmçinin görülən işlərin nəticəsi kimi şəkərli diabeti olan xəstələrin ölüm göstəricisi də əhəmiyyətli dərəcədə aşağı enib.
“Bu qrup xəstələr də lazımi dərman vasitələri ilə dövlət tərəfindən pulsuz təmin olunurlar”- deyə Elsəvər Ağayev bildirib.