Bu ilin oktyabr ayında Azərbaycan sədrliyini öz üzərinə götürəcək Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının 18-ci sammitinə ev sahibliyi edəcək.
Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin İnsan Hüquqları Şurasının Cenevrədə keçirilən 40-cı sessiyasında deyib.
“İnanırıq ki, Azərbaycanın sədrliyi 2020-ci ildə 65-ci ildönümü İnsan Hüquqları Şurası da daxil olmaqla bir çox BMT platformaları boyunca qeyd olunacaq Hərəkatın təməl prinsiplərinin irəli aparılmasına təkan verəcəkdir”, - deyə nazir bildirib.