Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Nüsrət Süleymanov: "Biz minalar da daxil olmaqla, insanlığa qarşı təhlükələri aradan qaldırmalıyıq"
"Biz minalar da daxil olmaqla, insanlığa qarşı təhlükələri aradan qaldırmalıyıq".
Oxu.Az xəbər verir ki, bu fikirləri III Beynəlxalq Minatəmizləmə Konfransında Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini, Əlaqələndirmə Qərargahının İdarələrarası mərkəzi katibliyinin rəhbəri Nüsrət Süleymanov deyib.
O qeyd edib ki, COP29-a ev sahibliyi edən ölkə olaraq, biz minaların yaratdığı təhlükəni bəyan etməli, Azərbaycanda keçiriləcək COP29-da da bu məsələyə diqqəti yönəltməliyik:
"Minalar həm suya, həm də torpağa böyük təhdiddir. Əlbəttə ki, iki gün ərzində bunu etmək mümkün olmasa da, hesab edirəm ki, biz buna nail olduq: bir-birimizdən nəsə öyrəndik, məsələnin ciddiyyətini anladıq. Bu konfransda iştirak edən hər kəsə təşəkkürümü bildirmək istəyirəm. Ümid edirəm ki, növbəti görüşədək planetimizi minalardan təmizləyə biləcəyik".
Nəzrin Vahid