Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Ombudsman Aparatı: "Ermənistanın basdırdığı minalar ciddi təhlükə mənbəyidir"
"Ermənistan silahlı qüvvələri tərəfindən işğal dövründə, Vətən müharibəsi zamanı və torpaqların azad edilməsindən sonra ərazilərdə basdırılmış minalar günahsız insanların həyat və sağlamlığı üçün ciddi təhlükə olaraq qalmaqdadır".
Oxu.Az xəbər verir ki, bununla bağlı Ombudsman Aparatı məlumat yayıb.
Bildirilib ki, statistik məlumatlara əsasən, 1991-ci ildən bu günə kimi mina qurbanlarının sayı 3 400 nəfərdən çoxdur, bunların da 359-u uşaq, 38-i qadındır.
Məlumatda qeyd olunub ki, həmin rəqəmlər regionda ədalətli və dayanıqlı sülhün təmin edilməsi yolunda böyük bir maneə olan mina probleminin fundamental insan hüquqlarının kobudcasına pozulmasına səbəb olduğunu əyani şəkildə təsdiq edir.
"İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)" teqi üzrə xəbərlər
- Bəzi reabilitasiya mərkəzlərində ciddi nöqsanlar aşkarlandı
- "Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" mövzusunda konfrans keçirilib
- Xronika: "Qərbi azərbaycanlılara mədəni muxtariyyət verilir?"
- Ombudsmanın çağrı mərkəzinə ən çox hansı qurumlardan şikayət daxil olub?
- "Nikosayağı"nın əfv olunması ilə bağlı komissiya üzvündən AÇIQLAMA