Pakistan qoşunları və "JF-17" qırıcıları Azərbaycanda 8 Noyabr - Zəfər Günü paradında iştirak edəcəklər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Pakistanın informasiya naziri Attaullah Tarar "X" hesabında paylaşım edib.
"Yaşasın Pakistan-Azərbaycan dostluğu! Pakistan qoşunları və "JF-17 Thunder" qırıcıları bu gün Qarabağın azad edilməsi şərəfinə Azərbaycanda keçiriləcək Zəfər Günü paradında iştirak edəcəklər", - deyə nazir paylaşımda bildirib.
Long live Pakistan-Azerbaijan friendship
— Attaullah Tarar (@TararAttaullah) November 8, 2025
🇵🇰🇦🇿
Pakistani troops and JF 17 Thunder fighter jets will be appearing in Azerbaijan's victory parade today commemorating the Liberation of Karabagh. https://t.co/T5hRtDRvIl