Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Sadık Akyar: "Ermənistanın qırıcı alması güc balansını dəyişdirə bilməz" - ÖZƏL
Ermənistan Hindistandan "Su-30MKI" döyüş təyyarələri almaq üçün danışıqlara başladı.
Oxu.Az-a məsələni şərh edən Türkiyə Silahlı Qüvvələrinin istefada olan polkovniki, Şimali Kipr Girne Amerikan Universiteti Beynəlxalq münasibətlər kafedrasının müdiri, GAU Təhlükəsizlik Araşdırmaları Mərkəzinin direktoru, təhlükəsizlik məsələləri üzrə ekspert Sadık Akyar Ukrayna müharibəsinə görə Ermənistanın Rusiyaya sifariş verdiyi döyüş təyyarələrini əldə edə bilmədiyini və Hindistana istiqamətləndiyini bildirdi:
"Ermənistan Quru Qoşunları kimi Hava Qüvvələrini də gücləndirməyə çalışır. Bugünədək rəsmi İrəvan Fransa və Hindistanla həm müqavilələr imzaladı, həm də bəzi silah sistemlərini əldə etdi. Ölkənin Hava Qüvvələrində olan dörd ədəd "Su-30" (NATO kod adı ilə "Flanker") COVİD-19 pandemiyasından əvvəl Rusiya tərəfindən verilib. Amma sonra daha səkkiz ədəd döyüş təyyarəsi sifarişi verildi. Ancaq Qarabağ müharibəsi və ardınca Ukrayna müharibəsinin başlaması ilə "Suxoy" şirkəti Rusiyanın ehtiyaclarını göz önünə alaraq təyyarələri Ermənistana vermədi və hələ də təbii olaraq bu davam edir. Daha əvvəl müxtəlif raket sistemləri ilə bağlı Hindistanla görüşlər başlamışdı, indi isə "Su-30SM" ilə bağlı görüşlər keçirilir. "Su-30SM" təyyarələri xüsusiyyətlərinə görə Amerikanın "F-15" təyyarələrinə yaxındır. Əlbəttə fərqli xüsusiyyətləri da var".
Akyar Azərbaycanın həyata keçirdiyi fəaliyyətlər nəticəsində bölgədə HHM sahəsində ən güclü dövlətə çevrildiyini və Ermənistanın bu səviyyəyə çatacağının çox çətin olduğunu bildirdi:
"Ermənistanın bu cəhdlərinə qarşı Azərbaycan Hava Qüvvələrinin hazırkı səviyyəsinə nəzər yetirdiyimiz zaman Bakı və İslamabad arasında bir müddət əvvəl 1,6 milyard dollarlıq müqavilənin imzalanmasını xüsusi qeyd etməliyik. Müqaviləyə görə Pakistan Azərbaycana 60-dan çox "JF-17 C Block 3" qırıcı təyyarəsini tədarük edəcək. Bunlar Çin və Pakistanın ortaq istehsalı olmasına baxmayaraq, avionikalarında Qərb sistemlərindən də istifadə edilir. Eyni zamanda, burada Türkiyənin TUSAŞ və ASELSAN şirkətlərinin avionika sistemlərinin istifadəsi haqqında müzakirələr də var. Bir də Türkiyədə keçirilən "IDEF-2023" müdafiə sənayesi sərgisində Ankara və Bakı arasında Azərbaycanın "Su-25" təyyarələrinin TUSAŞ tərəfindən modernizasiyası haqqında müqavilə imzalandı. Bu da həmin təyyarələri daha da gücləndirəcək.
Bütün bunları nəzərə alsaq, görərik ki, Ermənistan Azərbaycanın mövcud durumuna, gücünə və imzaladığı müqavilələrə görə neçə addım geridədir. Çünki Azərbaycan "Su-25"ləri modernizasiya edir, digər tərəfdən Pakistandan təyyarə təmin etməyə başladı və Türkiyənin üzərində işlərin davam etdirildiyi KAAN döyüş təyyarəsinin proqram ortağıdır. Azərbaycanın bu məsələdə digər bir üstünlüyü isə əlində həm Türkiyə, həm də İsraildən aldığı böyük miqdarda silahlı və silahsız PUA-ların olmasıdır. İndi də Azərbaycan bunlarla ən güclü hava gücünə sahibdir və üstünlüyünü qorumaqdadır".
Söhrab İsmayıl
"Azərbaycan" teqi üzrə xəbərlər
- Türkiyə vətəndaşı Azərbaycanda öldü
- Köhnə dünyanın fiaskosu: "Güllələrin istehsalı çörək istehsalını qabaqlayıb"
- Abdulkadir Uraloğlu: "Türkiyə-Azərbaycan tranzit keçid sənədi kvotası 100 minə yüksəldildi"
- Göyərtəsində azərbaycanlıların olduğu gəmi Kerç boğazında çətin vəziyyətə düşüb
- Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsi qəbul edildi