İyulun 3-də Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycana ikigünlük rəsmi səfərə gələcək.
Oxu.Az xəbər verir ki, bu barədə "Minute Mirror" məlumat yayıb.
Şahbaz Şərifin Azərbaycanda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) sammitində Pakistanı təmsil edəcəyi planlaşdırılır.