Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Paşinyan yenə sərsəmlədi: bu dəfə BMT tribunasında - ŞƏRH
Ermənistan baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının sessiyasında çıxışı zamanı qeyri-adekvat bəyanatları ilə yadda qalıb.
Bu fikirləri Oxu.Az-a açıqlamasında azərbaycanlı politoloq Arzu Nağıyev deyib.
Onun sözlərinə görə, Paşinyan Nyu-Yorkdakı sessiyaya getməzdən əvvəl Azərbaycana müharibə elan edib, BMT-dəki çıxışında isə münaqişənin sülh yolu ilə həllindən danışıb.
“Gah Azərbaycanı sülhə çağırır, gah deyir ki, Qarabağ Azərbaycanın tərkibində olmamalıdır. Bundan başqa, o, ermənilərin Dağlıq Qarabağda Azrbaycanın tərkibində yaşamaq istəmədikləri və guya Bakının münaqişə tərəfi kimi Dağlıq Qarabağdakı separatçı rejimlə danışıqlara başlamalı olduğu ilə bağlı fikirlər səsləndirməklə bütün dünyanın fikrini yayındırmaq istəyir”, - müsahibimiz bildirib.
Ekspert belə bir sualla çıxış edib: Əgər belədirsə, ermənistanlı ermənilər başqasının torpağında nə edir?
“Daha doğrusu, onun bütün çıxışı yalan tezislər üzərində qurulub. Bununla yanaşı, o, BMT-nin Ermənistanla bağlı qəbul edilən dörd qətnaməsindən danışmır.
Azərbacanın yeddi rayonu Ermənistanın işğalı altındadır. BMT-yə daxil olan bütün dövlətlər Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır”, - ekspert əlavə edib.
A.Nağıyev qeyd edib ki, reallıqla erməni liderin sözləri arasında paradoks yaranır: Ermənistan müharibə istəmir və eyni zamanda, sülh danışıqlarına getmir.
“Deməli, Paşinyan həm müharibədən, həm də sülhdən qorxur. O, seçkilərə qədər vaxt udmaq istəyir. Paşinyanın daxili və xarici siyasəti absurddur”, - müsahibimiz bildirib.
Ermənistan baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 73-cü sessiyasında çıxışı zamanı deyib ki, Qarabağ Azərbaycanın tərkibində olmamalıdır.
Ə.Ş.
www.oxu.az
"Arzu Nağıyev" teqi üzrə xəbərlər
- Arzu Nağıyev: "Zəngəzur dəhlizinə görə artıq ermənilərin bəhanələrinə yer qalmır"
- Azərbaycanda hərbçilərə "TikTok" qadağan ediləcək? - AÇIQLAMA
- Deputat: “İlham Əliyev böyük dövlətlərin bizimlə hesablaşmasına nail oldu” - FOTO
- İçərişəhərdə “Ulu öndər və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfrans keçirilib - FOTO
- Milli Məclisin komitəsi hərbi qanunvericiliyə təklif olunan dəyişikliyi müzakirə edib