ATƏT-in Minsk qrupu və həmsədrlər 20 ildən çoxdur turistik səfərlərlə məşğuldurlar, polşalı Anjey Kaspşik ölkəsinin XİN sisteminə qayıtmır ki, ATƏT-in bölgədəki təmsilçisi kimi yaxşı maaş alır, bu illərdə əldə etdiyi gəlir hesabına bir neçə villa alıb (bu məlumatı Polşadakı diplomatik mənbələrdən əldə etmişəm).
Yəni, bizim faciəmiz üzərində varidatını artırır, heç bir iş də görmür, o birilər də elə. Ona görə də danışıqları vasitəçisiz birbaşa qarşı tərəfin təmsilçiləri ilə davam etdirmək lazımdır.
Oxu.Az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O, millət vəkili Zahid Orucun parlamentin son iclasında səsləndirdiyi təklifi, Minsk qrupundan imtina edilməsi və əvəzində Danışıqlar Komissiyası yaradılması fikrini də dəstəklədiyini sözlərinə əlavə edib.
“Əlbəttə, bu, o, demək deyil ki, nəticə olacaq.
Ancaq heç olmasa bilərik ki, bizim dərdimiz üzərində böyük dövlətlər manipulyasiya ilə məşğul deyillər. Danışıqları birbaşa işğalçı ilə aparmaq lazımdır ki, nəticə olmadıqda məsuliyyət onun üzərində qalsın.
Yoxsa, həmsədlər gedirlər İrəvana, oradan gəlirlər Xankındiyə və Bakıya, oradan bura, burdan da ora xəbər aparırlar, ortada da heç nə yox...”-deyə, politoloq sonra deyib.
Kamil HƏMZƏOĞLU
www.oxu.az