"Azərbaycan və Ermənistan liderləri tərəfindən razılaşdırılmış tarixi bəyannaməni böyük məmnunluqla alqışlayırıq".
Oxu.Az xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki səhifəsində bildirilib.
"ABŞ-nin dəstəyi ilə əldə edilən razılaşma regionda suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında sabitliyin təmin edilməsinə və davamlı sülhün bərqərar olmasına yol açır", - XİN-in paylaşımında deyilir.
It’s with great satisfaction that we welcome the historic declaration agreed by the leaders of 🇦🇲 and 🇦🇿
— Ministry of Foreign Affairs 🇵🇱 (@PolandMFA) August 9, 2025
The agreement, reached with valuable 🇺🇸 support, paves the way to stability and lasting peace in the region based on mutual respect for sovereignty and territorial integrity.