Uruqvaylı futbolçu Darvin Nunyes "Liverpul"dan "Əl-Hilal"a keçib.
Oxu.Az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubu məlumat yayıb.
26 yaşlı hücumçu ilə 2028-ci ilədək müqavilə imzalanıb.
Qeyri-rəsmi mənbələrə görə, İngiltərə klubu uruqvaylı oyunçuya görə bonuslar da daxil olmaqla 65 milyon avro alıblar.
Ötən mövsüm Nunyes Premyer Liqada 30 oyun keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.