Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Prezident: "Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar olacaq"
"Azərbaycanın təbii qazını səkkiz ölkə alır, onlardan beşi - Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. İkisi İttifaqa daxil olmaq üçün namizəd ölkədir - Gürcüstan və Serbiya, eləcə də Türkiyə".
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev iyulun 18-də Oksfordda "Avropa Siyasi Birliyi"nin 4-cü Zirvə toplantısı çərçivəsində keçirilən "Enerji və bağlantı" mövzusunda dəyirmi masada çıxışı zamanı bildirib.
Dünən Sloveniya-Azərbaycan qaz əməkdaşlığı istiqamətində mühüm hadisənin baş verdiyini söyləyən dövlətimizin başçısı qeyd edib: "Ümid edirik ki, biz bir neçə aya Sloveniya bazarına daxil ola biləcəyik. İndi Avropa interkonnektor layihələri icra olunduqca Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar olacaq".
"İlham Əliyevin Britaniya səfəri" teqi üzrə xəbərlər
- İlham Əliyev Oksfordda Almaniya kansleri ilə görüşüb
- İlham Əliyev Oksfordda verilən rəsmi ziyafətdə iştirak edib
- İlham Əliyev: "Üç ildən artıqdır ki, biz mühüm qaz təchizatçısına çevrilmişik"
- İlham Əliyev: "Strateji tərəfdaşlıq Avropaya qaz təchizatımızın ikiqat artırılmasını nəzərdə tutur"
- İlham Əliyev Oksfordda "Enerji və bağlantı" mövzusunda dəyirmi masada çıxış edib