Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Prezident: "Azərbaycanla Gürcüstan arasında yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır"
"Təbii olaraq siyasi əlaqələr inkişaf edir, yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır. Yəni, iki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilarlarda da daim bir-birini dəstəkləyir".
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ilə mətbuata bəyanatında söyləyib.
Ölkələrimizi birləşdirən bir çox sərmayə layihələrinin böyük coğrafiya üçün önəmli olduğunu bir daha qeyd edən dövlətimizin başçısı deyib:
"Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat-kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir".
"Gürcüstan prezidentinin Azərbaycan səfəri" teqi üzrə xəbərlər
- İlham Əliyevin sosial şəbəkə hesablarında Gürcüstan prezidenti ilə görüşdən görüntülər paylaşılıb
- Azərbaycan və Gürcüstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
- Kavelaşvili: "Ümumi gələcəyimizə iqtisadi cəhətdən güclü və firavan Cənubi Qafqaz regionu daxildir"
- Kavelaşvili: "Azərbaycan ilə Gürcüstan ümumi maraqların müdafiəsi üzrə əməkdaşlığı intensivləşdirib"
- Kavelaşvili: "Gürcüstan həmişə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tərəfdarı olub"