Bakıda intensiv yağışla müşahidə olan hava şəraiti səbəbindən bir çox əraziləri su basıb.
Oxu.Az xəbər verir ki, belə ərazilərdən biri də Sabunçu Dəmiryol Vağzalının qarşısıdır.
❗️ Sabunçu vağzalının qarşısı bu gün#Sabunçuvağzalı pic.twitter.com/cxxHq97zRm
— Oxu.Az (@oxuaz) April 16, 2025
Sakinlər bildirir ki, hər dəfə yağış yağanda vağzalın önündə bu mənzərə yaranır.
"Yağış yağanda körpünün altını su basır. Üstəlik, mazut da qarışır suya. Gediş-gəliş mümkünsüz olur. Amma bu problemi kökündən həll edən yoxdur", - deyə şikayətdə bildirilir.
Əzizə İsmayılova