Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Prezident bir sıra ölkələrin spikerlərini qəbul edib - FOTO + YENİLƏNİB
Sentyabrın 20-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçiriləcək təntənəli iclasda iştirak etmək üçün ölkəmizə səfərə gələn Cibuti Milli Assambleyasının sədri Məhəmməd Əli Humədi, Oman Sultanlığı Dövlət Şurasının sədri Yahya bin Məhfuz Əl-Munzirini, Küveyt Millət Məclisinin sədri Mərzuq Əli əl-Ğanimi, Pakistan Senatının sədri Məhəmməd Sadiq Səncarini, Bolqarıstan Milli Assambleyasının sədri xanım Tsveta Karayançevanı, Qırğızıstan Joqorku Keneşinin sədri Dastanbek Cumabekovu, Misir Nümayəndələr Palatası sədrinin birinci müavini Mahmud Əhməd Şərifi və ATƏT Parlament Assambleyasının prezidenti George Tseretelini qəbul edib.
Oxu.Az xəbər verir ki, dövlətimizin başçısı, ilk növbədə, Azərbaycan parlamentinin yaradılmasının 100 illiyi münasibətilə keçirilən tədbirin önəmini vurğulayıb və bu tədbirdə iştirak etmək üçün ölkəmizə səfərə gələn qonaqlara təşəkkür edib. Dost ölkələrin nümayəndələrinin bu tədbirdə təmsil olunmasını ölkələrimiz arasında tərəfdaşlıq münasibətlərinin nümayişi kimi dəyərləndirən Prezident İlham Əliyev onların təmsil etdikləri ölkələrə səfərlərini məmnunluqla xatırlayıb.
Dövlətimizin başçısı bildirib ki, ölkələrimiz arasında ikitərəfli münasibətlər çox yaxşı səviyyədədir və əlaqələrimiz müxtəlif sahələri əhatə edir. Prezident İlham Əliyev deyib ki, qonaqların ölkəmizə bu səfəri onların həm Azərbaycanla yaxından tanış olmaları üçün yaxşı imkan yaradacaq, həm də parlamentlərarası əməkdaşlığın genişləndirilməsi işinə öz töhfəsini verəcək.
Küveyt Millət Məclisinin sədri Mərzuq Əli əl-Ğanim Küveyt Dövlətinin Əmiri Sabah əl-Əhməd əl-Cabir əl-Sabahın salamlarını dövlətimizin başçısına çatdırıb. O, tədbirdə şəxsən Küveyt Dövlətinin Əmiri Sabah əl-Əhməd əl-Cabir əl-Sabahın tapşırığı ilə iştirak etdiyini deyib. Mərzuq Əli əl-Ğanim Bakıya birinci dəfə səfər etdiyini vurğulayaraq bildirdi ki, paytaxtımıza gəldiyi ilk andan şəhərdəki gözəllik və inkişaf onlarda böyük təəssürat yaradıb.
O, əminliklə bildirib ki, bu cür tədbirlər parlamentlərarası əməkdaşlığın daha da möhkəmləndirilməsi, eyni zamanda, digər ölkələrin və xalqların Azərbaycanla daha da yaxınlaşması işinə xidmət edir. Küveytli qonaq prezident İlham Əliyevə və Azərbaycan xalqına ən xoş arzularını çatdırıb. O, ölkəmizə məmnunluqla yenidən səfər edəcəklərinə ümidvar olduqlarını bildirib.
Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq aləmdə fəal əməkdaşlıq həyata keçirdiyini və ölkəmizin dostlarının sayının gündən-günə artdığını vurğulayıb.
Dövlətimizin başçısı Küveyt Dövlətinin Əmiri Sabah əl-Əhməd əl-Cabir əl-Sabahın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Küveyt dövlətinin başçısına çatdırmağı xahiş edib.
Sonda xatirə şəkli çəkdirilib.
17:27
Sentyabrın 20-də prezident İlham Əliyev Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçiriləcək təntənəli iclasda iştirak etmək üçün ölkəmizə səfərə gələn Cibuti Milli Assambleyasının sədri Məhəmməd Əli Humədi, Oman Dövlət Şurasının sədri Yahya bin Məhfuz Əl-Munzirini, Küveyt Millət Məclisinin sədri Mərzuq Əli əl-Ğanimi, Pakistan Senatının sədri Məhəmməd Sadiq Səncarini, Bolqarıstan Milli Assambleyasının sədri Tsveta Karayançevanı, Qırğızıstan Joqorku Keneşinin sədri Dastanbek Cumabekovu, ATƏT Parlament Assambleyasının prezidenti George Tseretelini, Misir Nümayəndələr Palatası sədrinin birinci müavini Mahmud Əhməd Şərifi qəbul edib.
Oxu.Az xəbər verir ki, bununla bağlı prezidentin mətbuat xidməti məlumat yayıb.