Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Prezident: "Ermənistanda revanşist qüvvələr baş qaldırır"
"Ermənistanda revanşist qüvvələr baş qaldırır. Bu, təkcə marginal siyasi ünsürlər deyil, eyni zamanda, bugünkü Ermənistan hakimiyyəti bu fikirlərlə, bu xülyalarla yaşayır".
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bildirib.
Onların İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələri ilə barışmaq istəmədiklərini vurğulayan dövlətimizin başçısı qeyd edib:
"Üzdə bunu desələr də, onların işləri, siyasətləri, addımları tam əks mənzərə yaradır. Bu günə qədər heç bir funksional mahiyyət daşımayan Minsk qrupunun formal olaraq saxlanması da məhz buna dəlalət edir".

"İlham Əliyev" teqi üzrə xəbərlər
- Dünya nizamında yeni mərkəz: Bakı-Pekin marşrutu
- Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasında səfərdədir
- Azərbaycan-Çin münasibətləri: Getdikcə dərinləşən strateji tərəfdaşlıq qlobal əməkdaşlığa çevrilir
- İlham Əliyev: "Azərbaycan-Çin strateji tərəfdaşlığı yeni müsbət məzmunla zənginləşir"
- Prezident: "Kəmər və yol" təşəbbüsü çərçivəsində Çinlə əməkdaşlığı genişləndiririk"