Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Ərdoğan İstanbulda Ukrayna ilə bağlı danışıqların uğursuzluğunun səbəblərini açıqladı
"2022-ci ildə İstanbulda Ukrayna münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda müəyyən lobbilər uğurlu nəticənin əldə edilməsinə mane oldular".
Oxu.Az-ın "Haber Global"a istinadən xəbərinə görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyasına qatılmaq üçün səfər etdiyi Nyu-Yorkda, Türk Evində ABŞ-də fəaliyyət göstərən bəzi analitik mərkəzlərin nümayəndələri ilə görüşü zamanı deyib.
"Biz müharibə başlayandan bəri ədalətli sülhün bərqərar olması üçün səylər göstərmişik və bu səyləri davam etdiririk. İstanbulda aparılan danışıqlar Türkiyənin nümayiş etdirdiyi fəal rolun uğurunu sübut edib. Lakin müəyyən lobbilər bu səylərə nail olunmasını istəmədilər. Ancaq biz istənilən halda müharibənin daha çox dağıntılara səbəb olmadan bitirilməsi üçün əlimizdən gələni edirik və edəcəyik", - deyə Ərdoğan bildirib.
"Rəcəb Tayyib Ərdoğan" teqi üzrə xəbərlər
- Ərdoğan zəlzələ ilə bağlı iclas keçirdi: "Bütün qurumlar fasiləsiz işləməyə davam edəcəklər"
- Ərdoğan öz vəzifəsini 4-cü sinif şagirdinə təhvil verdi
- Ərdoğan: "Azərbaycan və Pakistanla birlikdə yeni addımlar atacağıq"
- Özgür Özel Rəcəb Tayyib Ərdoğana təzminat ödəyəcək
- Ərdoğan CHP sədrini ikinci dəfə məhkəməyə verdi: Təzminat tələb edildi