Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Prezident: “İkinci Qarabağ müharibəsindən sonra 300-dən çox vətəndaşımız mina terrorunun qurbanı olub” - VİDEO
“İkinci Qarabağ müharibəsi başa çatandan sonra bu günə qədər 300-dən çox Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olmuşdur. Dünənki terror aktı bu sıradan olan hadisə idi”.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev xalqa müraciətində deyib.
Dövlətimizin başçısı bildirib ki, “Laçın” sərhəd-buraxılış məntəqəsi qurulmayana qədər İkinci Qarabağ müharibəsindən sonra Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq minalar gətirilmiş və müxtəlif yerlərdə basdırılmışdır. Bir müddət bundan əvvəl Azərbaycan Silahlı Qüvvələri tərəfindən aşkarlanmış minalar Rusiya sülhməramlı kontingentinin və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin nümayəndələrinə göstərilmiş və onlardan ciddi tədbir görülməsi tələb edilmişdir. Bu minalar 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalardır. Bu, bir daha onu göstərir ki, bu minalar İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı terror aktlarını həyata keçirmək üçün məqsədyönlü şəkildə gətirilmişdir.
"Laçın" teqi üzrə xəbərlər
- Laçının tarixi məhəllələri haqqında maraqlı faktlar
- Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin doğum günüdür
- İlham Əliyev Laçının işğaldan azad edilməsinin dördüncü ildönümü münasibətilə paylaşım edib
- Laçının işğaldan azad edilməsindən dörd il ötür
- Laçın və Şuşada əmək yarmarkaları təşkil ediləcək