"Bu gün bizim regionda təhdidlər kifayət qədər realdır. Biz bunu kitablarda oxumuruq, bunu real həyatda görürük".
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında səsləndirib.
Gündəliyimizdəki məsələlərin sayının çox olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib:
"Bir sözlə, biz imkanlarımızı genişləndirməliyik, müdafiəmizi gücləndirməliyik, milli maraqlarımızı müdafiə etməliyik və mümkün qədər çox ölkə ilə praktiki əməkdaşlığımızı gücləndirməliyik".
Qaynar xətt:
(055) 224 12 12