Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Prezident İlham Əliyev Davosda Əbdüllətif Camal Rəşid ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, COP29-da Azərbaycana səfərini məmnunluqla xatırlayan Əbdüllətif Camal Rəşid bu mühüm tədbirin uğurla keçirilməsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb. İraq prezidenti, eyni zamanda, təyyarə qəzası ilə əlaqədar bir daha başsağlığını ifadə edib.
Prezident İlham Əliyev başsağlığına görə minnətdarlığını bildirib.
Dövlətimizin başçısı İraq prezidenti ilə görüşlərini və bu görüşlər əsnasında aparılmış müzakirələri məmnunluqla xatırlayıb.
Görüşdə Azərbaycanla İraq arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, birbaşa təyyarə reyslərinin təşkili və hökumətlərarası komissiyanın fəaliyyəti ilə əlaqədar məsələlərə toxunulub. Həmçinin, Yaxın Şərqdəki vəziyyət müzakirə edilib, regionda sülhün və sabitliyin bərqərar olunmasının vacibliyi bir daha vurğulanıb.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb.
Oxu.Az bildirir ki, bu barədə AZƏRTAC xəbər yayıb.
"İlham Əliyev Davosda" teqi üzrə xəbərlər
- Azərbaycan Prezidenti Çin telekanalına müsahibəsində liderliklə bağlı fikirlərini bölüşdü
- Prezident İlham Əliyev Davosdakı müsahibəsi ilə bağlı paylaşım edib
- Prezident İlham Əliyev Davosda Xorvatiyanın baş naziri ilə görüşüb
- Azərbaycan AYİB ilə Gəncədə su təchizatı və kanalizasiya xidmətinin inkişafına dair saziş imzalayıb
- Prezident İlham Əliyev Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb