Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
ABŞ-nin bütün ştatlarında ölüm hökmü geri qayıdır
ABŞ-nin 47-ci prezidenti Donald Tramp and içdikdən sonra ilk 24 saat ərzində imzaladığı fərmanla ölüm hökmünü bərpa edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Associated Press" nəşri məlumat verib.
Məlumata görə, sənəd bütün ştatların kifayət qədər sayda öldürücü inyeksiya ilə təmin edilməsini nəzərdə tutur.
"Trampın Ağ Evə qayıtdıqdan cəmi bir neçə saat sonra verdiyi fərman Ədliyyə Nazirliyini məcbur edir ki, nəinki müvafiq federal hallarda ölüm cəzası tələb etsin, həm də ölümcül inyeksiya preparatları ilə kifayət qədər təmin olunmaqda çətinlik çəkən ştatlarda ölüm hökmünün saxlanmasına kömək etsin", - deyə jurnalistlər bildiriblər.
Məlumata görə, keçmiş baş prokuror Merrik Qarlendin 2021-ci ildə moratorium tətbiq etməsindən sonra gözlənilirdi ki, Tramp dayandırılmış federal edamları bərpa edəcək. Co Baydenin ölüm cəzası verilmiş 37 məhkumun hökmünü ömürlük həbs cəzası ilə əvəz etməsindən sonra ölüm hökmü verilənlərin federal kamerasında ancaq üç müttəhim qalıb.
Donald Tramp baş prokurora əmr verib ki, federal yurisdiksiyaya müraciət etsin və hüquq-mühafizə orqanı əməkdaşının öldürülməsinə və ya ölkədə qeyri-qanuni qalan əcnəbi tərəfindən törədilmiş cinayətə görə nəzərdə tutulduğu halda, "digər faktorlardan asılı olmayaraq" ölüm cəzasını tələb etsin.
Tramp baş prokurora göstəriş verib ki, Ali Məhkəmənin dövlət və federal hökumətlərin ölüm cəzası tətbiq etmək səlahiyyətlərini məhdudlaşdıran presedentlərini ləğv etməyə çalışsın.
Rəylər