Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevin rütbəsini artırıb.
Oxu.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, İlham Əliyevin imzaladığı sərəncama əsasən DTX rəisinə general-polkovnik ali hərbi rütbəsi verilib.