Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
![Samir Şərifov dörd ölkə ilə iqtisadi əlaqələri tənzimləyəcək](https://images.oxu.az/2023/11/04/16/38/21/14046122-3ed6-46f1-ac09-a8005dc3bbdc/Samir şərifov:1200.jpg)
Samir Şərifov dörd ölkə ilə iqtisadi əlaqələri tənzimləyəcək
Azərbaycanla bir sıra ölkələr arasında birgə hökumətlərarası komissiyaların tərkibi dəyişib.
President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, Baş nazirin müavini Samir Şərifov Azərbaycan ilə Belarus arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın, Azərbaycan və Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə hökumətlərarası komissiyanın, Azərbaycan ilə Qırğız arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın və Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın sədri olub.
"Samir Şərifov" teqi üzrə xəbərlər
- Azərbaycanda keçiriləcək III MDB Oyunlarının Təşkilat Komitəsinin ilk iclası baş tutub
- Prezident Samir Şərifova daha bir vəzifə verdi
- III MDB Oyunlarının Təşkilat Komitəsinin tərkibinə dəyişiklik edildi
- Prezident İlham Əliyev Samir Şərifova yeni vəzifə həvalə etdi
- Samir Şərifova yeni vəzifə həvalə edilib