Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Prezident Seneqalın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşdü - YENİLƏNİB + FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də Seneqal Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Şeyx Qeyenin etimadnaməsini qəbul edib.
President.az xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Dövlətimizin başçısı səfirlə söhbət edib.
Səfir Seneqal Prezidentinin qardaş salamlarını dövlətimizin başçısına çatdırıb. Qeyd edib ki, Seneqal Prezidenti ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi əzmindədir.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Seneqal dövlətinin başçısına çatdırmağı xahiş edib.
Görüşdə ölkələrimiz arasında əlaqələrin həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyi bildirilib. İndiyədək Azərbaycanla Seneqalın BMT və Qoşulmama Hərəkatı çərçivəsində bir-birinə göstərdiyi daimi dəstək müsbət amil kimi qeyd edilib.
Prezident İlham Əliyev BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirib. Ölkələrimiz arasında ali səviyyədə aparılan diplomatik yazışmalar və beynəlxalq, milli günlərdə qarşılıqlı təbriklər yüksək qiymətləndirilib.
Dörd il ərzində Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyini vurğulayan Prezident İlham Əliyev ölkəmizin təşkilata sədrliyinin daha bir il uzadılmasına Seneqalın da dəstək verdiyini qeyd edərək buna görə bir daha minnətdarlığını ifadə edib.
Seneqalın səfiri ölkəmizin bu Hərəkata uğurlu sədrliyi münasibətilə təbriklərini çatdırıb.
İkitərəfli əməkdaşlığa toxunan Prezident İlham Əliyev siyasi əlaqələrin daha da inkişaf etdirilməsi və iqtisadi-ticari sahədə imkanların araşdırılmasının zəruriliyini vurğulayıb.
Dövlətimizin başçısı səfirin Azərbaycanda keçirəcəyi rəsmi görüşlərin və onun fəaliyyətinin əməkdaşlığın daha da genişlənməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş perspektivlərin olduğu qeyd edildi, siyasi, iqtisadi, ticari, mədəni, humanitar və təhlükəsizlik sahələrində əməkdaşlıq məsələlərinə toxunulub.
Səfir Seneqalda da neft aşkarlandığını bildirərək ölkəsinin neft hasil edən dövlətlər sırasına qoşulduğunu və bu xüsusda Azərbaycanın təcrübəsinin Seneqal üçün çox maraqlı olduğunu vurğulayıb.
Dövlətimizin başçısı Azərbaycanın neft və enerji sahəsində fəaliyyət göstərən ali təhsil müəssisələrində Seneqaldan olan tələbələrin təhsil almaları imkanlarını da qeyd edib.
Ölkəmizin bu il COP29-a ev sahibliyi edəcəyini deyən Azərbaycan Prezidenti Seneqalın dövlət başçısını bu tədbirə dəvət edib.
11:46
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də Seneqal Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Şeyx Qeyenin etimadnaməsini qəbul edib.
Bununla bağlı President.az məlumat yayıb.
"BMT" teqi üzrə xəbərlər
- Azərbaycanın D8-ə üzvlüyü: Yeni dünyanın qurulmasına qatılmaq üçün etimad
- Əli Əsədov: "Azərbaycan Qəzza sakinləri ilə həmrəyliyini ifadə edir"
- Tarixin ikinci Nürnberq prosesi Bakıda olacaq: "Hərbi cinayətkarlar layiqli cəzalarını çəkəcəklər"
- 2024-cü ilin iqtisadi yekunları, 2025-ci ilə olan ümidlər
- Azərbaycan BMT-də neonasizmə qarşı mübarizəyə dair qətnaməni dəstəkləyib