"Türk xalqlarının ortaq mədəni irsinin qorunması, onun mənimsənilməsinin və təhrif olunmasının qarşısının alınması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən biri olmalıdır".
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına ünvanladığı müraciətdə bildirib.
Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanda əqli mülkiyyət hüququnun əsasları ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə qoyulub və sonrakı illərdə daha da təkmilləşdirilib.