Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Prezidentin xüsusi nümayəndəsi: "Füzuli şəhərində işsizlik səviyyəsi 9%-in altındadır"
"İşğaldan azad olunmuş ərazilərdə ən çox əhali - 3 132 nəfər - Füzuli şəhərində məskunlaşıb və onların əksəriyyəti işlə təmin olunub. Şəhərdə işsizlik səviyyəsi 9%-in altındadır".
Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
"Füzuli şəhərində birinci yaşayış kompleksi artıq inşa olunub. Paralel olaraq ikinci və üçüncü yaşayış məhəllələrinin də layihələndirilməsi tam sürətlə icra olunmaqdadır. Mərkəzi Park, İşğal, Zəfər muzeyləri, peşə məktəbinin və uşaq bağçasının inşası kimi layihələr də sürətlə həyata keçirilir.
Füzuli rayonunun kəndlərinə gəldikdə, bu yaxınlarda Pirəhmədlinin tikintisinə başlanılacaq, Qaraxanbəyli kəndinin layihəsi də tezliklə hazırlanaraq icrasına başlanacaq.
Beləliklə, 2026-cı ilin sonuna qədər Ağdam, Füzuli rayonlarında nəzərdə tutulmuş tədbirlər öz axarı ilə icra olunacaq", - deyə E. Hüseynov qeyd edib.
Aləmdə Nəsib
"Emin Hüseynov" teqi üzrə xəbərlər
- Emin Hüseynov: "Hadrut və Tuğ kəndlərində layihələndirmə yekunlaşıb"
- Prezidentinin xüsusi nümayəndəsi: "Gələn ilin sonuna kimi Ağdama 20 mindən çox əhali köçürüləcək"
- Füzuli Mərkəzi Parkının tikintisinə başlanılacaq
- Azərbaycanın daha iki təmsilçisi "Mingəçevir reqatası-2024"də medal qazanıb
- Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana səfəri başa çatıb