Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Putin Ərdoğanla görüşəcək
Rusiya Prezidenti Vladimir Putin iyulda Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşəcəyini bildirib.
Bunu Vladimir Putin Türkiyənin xarici işlər naziri Hakan Fidanla Moskvada baş tutan görüşündə bildirib.
"Sizdən xahiş edirəm ki, prezident Ərdoğana ən xoş arzularımı çatdırasınız. Ümid edirəm ki, yaxın gələcəkdə - məncə, iyulun 3-4-də bildiyimə görə o, Astanada olmalıdır. Onunla görüşmək və bütün cari məsələləri müzakirə etmək imkanımız olacaq", - deyə Putin bildirib.
Qeyd edək ki, iyulun 3-4-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçiriləcək.
Mənbə: TASS
"Rəcəb Tayyib Ərdoğan" teqi üzrə xəbərlər
- Ərdoğan Türkiyə üçün mövcudluq məsələsinə çevrilən problemi açıqlayıb
- Türkiyə prezidenti suriyalı qaçqın uşaqların qarşısında çıxış edib
- Ərdoğan Azərbaycana gələcək
- Ərdoğan zəlzələ ilə bağlı iclas keçirdi: "Bütün qurumlar fasiləsiz işləməyə davam edəcəklər"
- Ərdoğan öz vəzifəsini 4-cü sinif şagirdinə təhvil verdi
Ən çox oxunanlar