Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Qarabağda yeni idarə yaradıldı
Nazirlər Kabineti 14 may 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Azərişıq" ASC-nin strukturunda dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Xırdalan Enerji Təchizatı və Satışı İdarəsi və Qobustan Rayon Elektrik Şəbəkəsinin yerinə Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi, Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsi (Sumqayıt) yaradılıb və onun tərkibində Sumqayıt, Xızı, Qobustan rayon elektrik şəbəkələri və Bağlar elektrik şəbəkəsi daxil edilib.
Bundan başqa, Qarabağ Regional Enerji Təchizatı və Satışı İdarəsi (Şuşa) yaradılıb ki, onun tərkibinə Şuşa, Xocavənd, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər, Cəbrayıl rayon və Xankəndi elektrik şəbəkəsi daxil edilib
"Cəbrayıl" teqi üzrə xəbərlər
- Cəbrayıl sakini: "Olmazın çətinliklərini çəkdik, amma o günlər geridə qaldı"
- Bakıdan Cəbrayıla növbəti köç karvanı yola salındı
- Keçmiş məcburi köçkün: "Cəbrayıl bizim üçün həssas nöqtədir"
- Vüqar Qurbanov: "Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib"
- İşğaldan azad edilmiş ərazilərlə bağlı Əlaqələndirmə Qərargahının tərkibi dəyişdi