Min ton həcmində Qazaxıstan buğdasının ilk partiyası Ermənistana (Ayrum stansiyasına) çatdırılıb.
Oxu.Az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan məlumat verib.
Onun sözlərinə görə, taxıl Qazaxıstan-Rusiya-Azərbaycan-Gürcüstan-Ermənistan marşrutu ilə çatdırılıb.
Nazir qeyd edib ki, bu, Ermənistan və Azərbaycan arasında sülh gündəliyi kontekstində əldə edilən razılaşmalar sayəsində mümkün olub.
"Bunun təkcə siyasi deyil, həm də iqtisadi əhəmiyyəti var. Bu, Ermənistana yük daşınması xərclərini azaldır", - Xudatyan bildirib.