Azərbaycan ərazisindən tranzit keçməklə Rusiyadan Ermənistana buğda daşıyan qatar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşüb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, 10 vaqondan ibarət, ümumi çəkisi 700 ton olan buğda yükü Böyük Kəsik istiqamətində göndərilib.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzitlə 33 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit daşınıb.
Bununla yanaşı, Azərbaycan Ermənistana neft məhsulları da ixrac edir. İndiyədək ölkəmizdən Ermənistana 14 min tondan çox dizel, 4 min tondan çox Aİ-92 və Aİ-95 markalı benzin ixrac olunub.
Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu ölkəyə 10 vaqon buğda tədarük olunacaq.
Qatar saat 18:00-da "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşəcək, Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.