Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Qərbi Azərbaycan İcması Fransanın Azərbaycana qarşı təxribatı ilə bağlı bəyanat yaydı
"2024-cü il Paris Olimpiadasının açılışı vaxtı Fransanın "France 2" ictimai televiziya kanalının aparıcısı Ermənistanın və Azərbaycanın komandalarını təqdim edərkən, ayrı-seçkilik xarakteri daşıyan, olimpiya dəyərlərinə və beynəlxalq hüquqa zidd siyasi bəyanatlar səsləndirilib. Fransa hökumətinin sifarişi ilə atılması şübhə doğurmayan bu addımla Azərbaycanın ərazi bütövlüyünə xələl gətirilməyə və bölgədə gərginliyi qızışdırmağa cəhd edilib".
Oxu.Az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilir.
Qeyd olunub ki, Olimpiadanın açılışı mərasimində milyardlarla insanın heysiyyətinə toxunan rəzalət nümayişlərini də nəzərə alsaq, Fransa tərəfinin rasionallığı tamamilə şübhə altındadır:
"Qərbi Azərbaycan İcması 2024-cü il Paris Olimpiadasında Azərbaycana qarşı yol verilmiş təxribatı sərt şəkildə qınayır və Fransadan bu əməllərinə son verməyi tələb edir".

"Qərbi Azərbaycan İcması (QAİ)" teqi üzrə xəbərlər
- Qərbi Azərbaycan Xronikası: "Tavuşda əsgərlərə mövqelərini tərk etmək əmri verilib"
- Xronika: "Azərbaycan dövlətçiliyinin tarixi Urmiya gölü ətrafında 4 200 il əvvəldən başlayır"
- İcma: "Ermənistan həqiqətin ortaya çıxarılmasına və barışığa xidmət edən addımlarımıza qarşı çıxır"
- Xronika: Ermənilərin saxta addəyişmə terroruna məruz qalan məkan
- Aşıq Ələsgərin vəfatının 100-cü ildönümü UNESCO-nun tədbirlər proqramına daxil edilib