Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Qərbi Azərbaycan Xronikası: “Azərbaycanlı qadın və uşaqları sürüyərək qarın içinə atmışdılar” - VİDEO
Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib. Jurnalist Rufik İsmayılovun müsahibi Əməkdar jurnalist, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, yazıçı-publisist Flora Xəlilzadə olub.
O, doğulub boya-başa çatdığı Qərbi Azərbaycanın Zəngəzur bölgəsindən, Qarakilsə rayonunun Urud kəndindən söhbət açıb. Bildirib ki, Urud Cənubi Qafqazın ən qədim yaşayış məskənlərindən biridir. Əməkdar jurnalistin sözlərinə görə, bu kənddə min ildən çox yaşı olan Alban-Türk qəbiristanlığı, Babək qalası, Bazarçay üzərindəki qədimi körpü və digər maddi-mədəniyyət abidələri bu yurdun tarixən türklərə məxsusluğunu, burada məskunlaşan əhalinin bizim əcdadlarımız olduğunu ortaya qoyur. Urud kəndinin həsrətini, nisgilini daim ürəyində daşıyan F.Xəlilzadə ümummilli lider Heydər Əliyevin yeniyetməlik dövründə yay tətilini bu kənddə keçirdiyini, həmçinin Xalq rəssamı Hüseyn Əliyevin Urudun gözəl təbiətini əks etdirən rəsm əsərləri yaratdığını dilə gətirib. O, bu kəndin yetirdiyi şəxsiyyətlər barədə də məlumat verib.
Ermənilərin azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasətindən danışan F.Xəlilzadə qeyd edib ki, ötən əsrin əvvəlində ermənilər onun hər iki babasını, dörd dayısını amansızlıqla qətlə yetiriblər. Bildirib ki, sovetlər dövründə də Qərbi Azərbaycanda ermənilərin azərbaycanlılara qarşı ayrı-seçkiliyini hər zaman hiss edib və görüb. O, bununla bağlı şahidi olduğu hadisələri, böyüklərdən eşitdiyi həqiqətləri dilə gətirib. Ulu öndər Heydər Əliyev tərəfindən SSRİ dövründə Qərbi Azərbaycandakı soydaşlarımıza daim dəstək göstərildiyini diqqətə çatdıran müsahib vurğulayıb ki, 1988-ci ildə yenidən deportasiyaya məruz qalan azərbaycanlılara siyasi hakimiyyəti dövründə yenə də ümummilli lider mənəvi dayaq olub. Əməkdar jurnalist ötən əsrdə ailə üzvlərinin deportasiyaya məruz qaldığını söyləyib. Bildirib ki, ermənilər insanları zorla öz evlərindən çıxarıb, qadın və uşaqları sürüyərək qarın içinə atıblar. O, soydaşlarımızın bir çoxunun yollarda qar və şaxtadan, bir qisminin isə yurd həsrətindən dünyasını dəyişdiyini deyib. Bildirib ki, Vətənsiz qalan insanın üzü heç zaman gülməz. Qərbi Azərbaycan İcmasının həyata keçirdiyi işlərdən danışan Əməkdar jurnalist F.Xəlilzadə vurğulayıb ki, ən böyük arzusu ata-baba yurduna qayıtmaqdır.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində:
"Heydər Əliyev" teqi üzrə xəbərlər
- "Qalib lider faktoru: Ölkəmizin dünyada artan nüfuzu və yeni reallıqlar" konfransı keçirilib
- Rüstəm Minnixanov ulu öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
- "The Rıtz-Carlton Resıdences, Baku" Azərbaycanın paytaxtında təntənəli açılış edib
- Bakının hansı küçələrində sıxlıq var? - 16.12.2024
- Misir Mərdanovun Heydər Əliyevlə bağlı xatirəsi: "Dedi ki, qərarımı xalqa səhv çatdırmısınız"