Deputat Ramil Həsənə yeni vəzifə verilib.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Məclisin bugünkü plenar iclasında məlumat verilib.
Deputat Türk Dövlətləri Parlament Assambleyasına Baş katib seçildiyini deyib.
O bildirib ki, qanuna uyğun olaraq deputat mandatına MSK tərəfindən yaxın günlərdə xitam veriləcək:
"5 dövlətin parlamentini birləşdirən beynəlxalq təşkilata, diplomatik quruma rəhbərlik edəcəyim üçün başqa vəzifələr daşıya bilmərəm".
Ramil Həsən Türk Dövlətləri Parlament Assambleyasına Baş katib seçilib: DEPUTATLIĞI DAYANDIRILACAQ
Mərahim Nəsib