Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlib.
Oxu.Az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Ərdoğanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov, Türkiyənin milli müdafiə naziri Yaşar Güler, Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov və Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün qarşılayıblar.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birlikdə xarici işlər naziri Hakan Fidan, Milli İstihbarat Təşkilatı (MİT) sədri İbrahim Kalın, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran, Prezident Administrasiyası Müdafiə Sənayəsi İdarəsi rəhbəri Haluk Görgün, Prezident Administrasiyasının xarici siyasət və təhlükəsizlik üzrə müşaviri Akif Çağatay Kılıç da Azərbaycana səfərə gəliblər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçiriləcək 8 Noyabr - Zəfər Günü mərasimlərində iştirak etmək üçün Azərbaycana yola düşüb.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, Ərdoğanın səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə ikitərəfli, regional və qlobal məsələlərlə bağlı görüşlər keçirəcəyi gözlənilir.