Xarici İşlər Nazirliyi (XİN) Suriyada silahlı qarşıdurmalara qoşulan Azərbaycan vətəndaşları ilə bağlı araşdırmalara başlayıb.
Oxu.Az AzNews.az-a istinadən xəbər verir ki, bunu XİN-nin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.
O deyib ki, Suriyada baş verən məlum hadisələrə görə, Azərbaycanın bu ölkədəki səfirliyi fəaliyyət göstərmir.
Bu səbəbdən də qeyd olunan məsələnin araşdırılması çətinlik yaradır:
“Buna baxmayaraq, Azərbaycan XİN-i ölkə vətəndaşlarının Suriyada olub-olmaması ilə bağlı müxtəlif yollarla ciddi araşdırmalarını davam etdirir. Hələ ki, araşdırma ilə bağlı hər hansı bir fikir söyləmək mümkün deyil. Mümkün olan kimi bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”.