Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

“Azərsu” Yasamalın su problemindən danışdı
Bir neçə gündür Yasamal rayonunda davam edən su problemi həllini tapacaq.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, “Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, problem Kür xəttində birləşmə işlərinin aparılması ilə əlaqədar yaranıb:
““Azərsu” ASC Bakı şəhərini 24 saat fasiləsiz su ilə təmin etmək istəyir. Ona görə də bu problemlər yaranır. Su fasilələrlə verilir. Sabah isə günortadan sonra adıçəkilən ərazidə suyun tam verilişi bərpa edilməlidir”.
"Anar Cəbrayıllı" teqi üzrə xəbərlər
Ən çox oxunanlar