Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Rəsmi Bakı: "Suriyada vətəndaşlarımızın dəqiq sayının müəyyən edilməsi istiqamətində işlər aparılır"
"Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 oktyabr tarixli 2336 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici ölkədə çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayan Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası və reabilitasiyası Qaydaları"na uyğun olaraq 2024-cü il ərzində də Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası davam etdirilib".
Oxu.Az xəbər verir ki, bu, Xarici İşlər Nazirliyinin 2024-cü ilin yekunlarına dair mətbuat buraxılışında əksini tapıb.
"2020-2024-cü illər ərzində Suriya Ərəb Respublikasından ölkəmizə repatriasiya olunmuş vətəndaşlarımızın sayı 172 nəfəri uşaq və 52 nəfəri qadın olmaqla 224 nəfərə çatıb. Eyni zamanda, Suriyada Əsəd rejiminin çökməsindən sonra, Suriyada Azərbaycan vətəndaşlarının dəqiq sayının və yerinin müəyyən edilməsi istiqamətində iş aparılır. Azərbaycan Respublikasının Prezidentinin tapşırığına uyğun olaraq, son illər ərzində İraq Respublikasından 288 nəfəri uşaq və 7 nəfəri qadın olmaqla, ümumilikdə 295 nəfər Azərbaycan Respublikasının vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib", - buraxılışda qeyd edilib.
"Xarici İşlər Nazirliyi (XİN)" teqi üzrə xəbərlər
- Azərbaycan XİN Ermənistana qarşı beynəlxalq məhkəmələrdə mövcud vəziyyəti açıqlayıb
- Azərbaycanda Rusiya vətəndaşlarının müvəqqəti qalma müddəti ilə bağlı qaydalar dəyişəcək
- Ceyhun Bayramov TDT-nin baş katibini qəbul edib
- Azərbaycan və Gürcüstan XİN başçıları arasında telefon danışığı olub
- Özbəkistan XİN rəhbəri Ceyhun Bayramova zəng edib