Rusiya və Azərbaycan hərbi-texniki əməkdaşlıq kimi həssas sahədə məsuliyyətli və etibarlı tərəfdaşdırlar.
Oxu.Az-ın məlumatına görə, bu barədə Rusiya baş nazirinin müavini Dmitri Roqozin “Twitter”dəki səhifəsində yazıb.
“Bakı səfərinin əsas yekunu: tərəflər hərbi-texniki əməkdaşlıq kimi həssas sahədə məsuliyyətli və etibarlı tərəfdaş olduqlarını təsdiqlədilər”.
Qeyd edək ki, Rusiya baş nazirinin müavini Dmitri Roqozini martın 3-də Azərbaycan prezidenti İlham Əliyev qəbul edib.