Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

“Rosbalt”: Merkel “istədiyini etməyi” xoşlayır, bu, Azərbaycanda mümkün deyil
Almaniya kanslerinin geosiyasi sərhədlər üçün təşkil edilmiş Cənubi Qafqaza səfəri Gürcüstanı heyrətləndirdi, Ermənistana ilham vermədi, Azərbaycanın isə səhmlərini artırdı.
Oxu.Az xəbər verir ki, bu barədə “Rosbalt” nəşri yazıb.
Merkelin Yerevana səfərini analiz edən müəllif İrina Corbenadze bildirib ki, Almaniya kansleri Ermənistandakı inqilabdan sonra bu ölkəyə səfər edən ilk yüksək səviyyəli siyasətçidir.
“Ermənistan Avropa Birliyi ilə saziş bağlayan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yeganə üzvüdür. Deməli, bu “yaxınlıqdan” nəinki maddiyyat, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yüksək gözləntilər var. Ancaq “Avropanın anası” Ermənistanın Qarabağla bağlı “imtiyazlarına” eyham vurmadı.
Yalnız xatırlatdı ki, ölkə ATƏT-in Minsk qrupunun üzvüdür və “münaqişənin yaxşı mühitdə həlli yaxşı olardı. Və bu planda Alamniya Ermənistana dəstək verməyə hazırdır”, - məlumatda bildirilib.
Bunun əvəzinə, məqalədə qeyd edilir ki, Merkel ermənilərin yarasına məlhəm sürtdü, Türkiyənin isə kanslerin “erməni soyqırımı” abidəsini ziyarət etməsi xətrinə dəydi.
Müəllifin sözlərinə görə, Merkelin səfərindən ən az təlaşlanan Azərbaycan oldu və Almaniyadan heç nə xahiş etmədi.
Məqalədə Merkelin Bakıda səsləndirdiyi fikrə xüsusi diqqət yetirilir: “Azərbaycan geostrateji mövqedə yerləşir, İran və Rusiya ilə sərhəddədir, Türkiyə ilə sıx münasibətlər saxlayır”.
“Putinlə görüşdən sonra o, Cənubi Qafqaza gəlməsində əsas məqsəd Rusiya və Almaniya arasında ABŞ-a qarşı gizli ittifaq yaratması ola bilər”, - nəşr bildirib.
Müəllif hesab edir ki, bu cür alyansın yaradılması ABŞ-ın Azərbaycanın qonşusu olan İranla nüvə sazişindən çıxmasından sonra daha da aktivləşib.
“Avropa Birliyi Vaşinqtonun bu addımına və İrana qarşı sanksiyalarına qarşı çıxır, Cənubi Qafqazla İran və Fars körfəzindən keçməklə nəqliyyat infrastrukturunu inkişaf etdirməyə çalışır.
Bununla əlaqədar Almaniya özü üçün “ehtiyat aerodrom” hazırlamaq istəyir. Avropa Birliyi, ümumiyyətlə, Almaniya isə xüsusilə Cənubi Qafqazda fəallıq göstərmirdi, indi isə daha fəal olacaqlar. Regionda stabilliyin qorunması da vacibdir. Baxmayaraq ki, Yaxın Şərqdə baş verən hadisələr Avropanın özünün təhlükəsizliyinə təhdid törədir”, - məqalə müəllifi əmindir.
O qeyd edib ki, Avropa Birliyi ABŞ-ın kölgəsindən çıxmaq və Cənubi Qafqazda öz “rolunu” oynamağa çalışır:
“Və unutmaq lazım deyil ki, Azərbaycan və Türkiyə çox yaxın münasibətdədirlər: bu, Avropa diplomatiyasının xeyrinə ola bilər. Ümumiyyətlə, Cənubi Qafqaz Rusiyanın “arxa bağçası” olmaqdan çıxıb”.
“Ancaq Merkel “istədiyini etməyi” sevir və o, bunu Gürcüstan və Ermənistanda alındı, lakin Azərbaycanda kansler istəyini reallaşdıra bilmədi. Yeri gəlmişkən, o, Tbilisi və Yerevanda ABŞ-la sərt rəqabətlə üzləşəcək.
Cənubi Qafqazda siyasət zamanı Avropa Birliyi Moskvanı da unutmamalıdır. Ola bilsin ki, Merkel və onun arxasında dayananlar “Qədim Avropa” ABŞ-a baxmaqdansa, bu addımın daha sərfəli olduğuna qərar veriblər”, - İrina Corbenadze bildirib.
"Almaniya" teqi üzrə xəbərlər
- Simonyandan Azərbaycanla bağlı qalmaqallı çıxış
- ABŞ Almaniyadan hərbi texnikanı Ermənistandakı poliqona köçürməyi planlaşdırır
- Almaniya, Böyük Britaniya və Fransa liderlərinin müşavirləri ABŞ-yə yola düşüblər
- Almaniya Azərbaycan və Ermənistan arasındakı razılaşmaları alqışlayır
- Üç Avropa ölkəsinin səfiri İran XİN-ə çağırıldı