Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Rusiya KİV: "Hikmət Hacıyev İrəvanın COP29-a qatılmamasını "birtərəfli təbliğat" adlandırdı"
"Ermənistan nəinki BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) görə Bakıya nümayəndə heyəti göndərməyib, həm də tədbirdən əvvəl anti-Azərbaycan təbliğatında fəal iştirak edib".
Oxu.Az-ın News.ru-ya istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev COP29 çərçivəsində bildirib.
O xatırladıb ki, Bakı İrəvana müvafiq dəvət göndərib.
"Təəssüf ki, dəvətə baxmayaraq, Ermənistan nümayəndə heyəti COP29-da təmsil olunmur, halbuki erməni nümayəndə heyəti konfransda iştirak üçün qeydiyyatdan keçmişdi. Bununla belə İrəvan regional əməkdaşlıq və tərəfdaşlıqdan danışmağa davam edir. Bu, bir daha göstərir ki, Ermənistan yalnız öz birtərəfli təbliğatını aparır", - deyə Hikmət Hacıyev bildirib.
O əlavə edib ki, Azərbaycan COP29-a sədrliyi çərçivəsində dövlətlərin vacib və nəticəyə yönəlmiş danışıqlarda iştirakı üçün bütün şəraiti yaradıb.
Hikmət Hacıyev Ermənistanın burada iştirak etmək istəməməsini "İrəvanın şəxsi seçimi" hesab edir.
"COP29" teqi üzrə xəbərlər
- Fatih Birol "Dostluq" ordeni ilə təltif edildi
- Azərbaycanın BMT ilə yeni Çərçivə Sənədinin istiqamətləri açıqlanıb
- "Baku Steel Company" QSC "2024-cü ilin ən yaxşı tərəfdaşı" nominasiyasının qalibi olub
- AİŞ 2020-2024: İqtisadi irəliləyişlər və yaşıl üfüqlər
- "Yaşıl" təhsil Qarabağ Universitetində necə tətbiq edilir?