Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danford Bakıda keçirilən görüş zamanı gərginliyin azaldılması və insidentlərin yaranması ilə bağlı risklərin qarşısının alınmasını müzakirə ediblər.
Oxu.Az-ın İnterfax-a istinadən xəbərinə görə, bu barədə RF Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.
“Hərbi fəaliyyətin təhlükəsizliyinin artırılması ilə bağlı birgə işin, habelə gərginlik və insident risklərinin azaldılmasının istiqamətləri müəyyən olunub”, - məlumatda deyilir.
Baş Qərargah rəsiləri həmçinin ABŞ-Rusiya arasındakı hazırki vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar, Avropa, Yaxın Şərq, Şimali Afrika və digər regionlarda beynəlxalq təhlükəsizliklə bağlı məsələləri müzakirə ediblər.
“Əlaqələrin davam etdirilməsinə dair razılıq əldə olunub”, - Rusiya Müdafiə Nazirliyi məlumat verir.
S.B.
www.oxu.az