Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Rusiya XİN: "ATƏT-in Minsk Qrupu bərpa edilə bilməz"
ATƏT-in Minsk Qrupu beynəlxalq danışıqlar formatı kimi bərpa edilə bilməz.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova brifinqdə söyləyib.
"Bunun bütün strukturları - hətta ümumiyyətlə, Minsk Konfransı, Minsk Qrupu, yüksəksəviyyəli planlaşdırma qrupu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi vəzifəsindən danışsaq belə - ləğv edilməlidir", - deyə o qeyd edib.
Zaxarova vurğulayıb ki, bu məsələ ilə bağlı qərar qəbul etməyin optimal yolu Bakı və İrəvanın qeyd olunan qurumların ləğvi ilə bağlı birgə təklifidir.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi xatırladıb ki, 2022-ci ildə qrupun amerikalı və fransız həmsədrləri sadəcə olaraq orada fəaliyyətini dayandırıblar:
"Ermənistan, Azərbaycan, Avropa İttifaqı və Fransanın iştirakı ilə keçirilən sammitdən sonra Ermənistan da Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb. Bu, 6 oktyabr 2022-ci ildə Praqada olub. Hər şeyə əlavə olaraq, 2023-cü ilin sentyabrında bölgədəki vəziyyət kəskin şəkildə dəyişib.
Müvafiq olaraq, Minsk Qrupu həmsədrlərinin Qarabağ nizamlanması üzrə vaxtilə ATƏT-in təsdiq etdiyi bu mandatı sadəcə olaraq aktuallığını itirib. Madam ki, bu qrupda iki həmsədr fəaliyyətini dayandırıb, üstəlik bütün yuxarıda qeyd olunan amillər də ortaya çıxıb, o zaman hansı ATƏT-in Minsk Qrupundan danışmaq olar?" - XİN rəsmisi sözlərini yekunlaşdırıb.
"ATƏT-in Minsk Qrupu" teqi üzrə xəbərlər
- Ceyhun Bayramov britaniyalı həmkarı ilə sülh prosesinin son durumunu müzakirə edib
- İrəvan Bakı ilə müqavilədən sonra ATƏT-in Minsk qrupunun fəaliyyətini zəruri hesab etmir
- Deputat: "Ermənistan Konstitusiyası dəyişməzsə, iki ölkə arasında sülh imzalanmayacaq"
- Paşinyan: "Ermənistan ATƏT-in Minsk qrupunun buraxılmasına razılıq verməyə hazırdır"
- Mariya Zaxarova: "ATƏT-in Minsk qrupu və onunla bağlı institutlar ləğv edilməlidir"