Rusiyalı politoloq, milliyətcə erməni Sergey Kurginyan İrəvanda bir sıra təxribatçı bəyanatlarla çıxış edib.
AZE.az xəbər verir ki, politoloq Sergey Kurginyan erməni cəmiyyətinə Rusiyanın onlara necə kömək göstərdiyini xatırlatmaq üçün Ermənistana və Qarabağa göndərilib.
Onun sözlərinə görə, Ermənistan və Rusiyanın danışıqları yalnız iki məntiqə əsaslanmalıdır: ya etibar, ya da qarşılıqlı maraqlar. Sergey Kurginyan bunu İrəvanda Ermənistanın politoloqlar ittifaqında çıxışı zamanı bildirib.
“Qarşılıqlı maraqlar məntiqini qoşan kimi, etibar haqqında unudun. Kapitalizm elə ona görə qorxuludur. Sizi yalnız ruslardan daha çox qazanc götürmək maraqlandırır – qazdan danışırsınız.
Lakin Rusiyanı da eyni şey maraqlandırır və buna görə də, o, Azərbaycana silah satır. Dialoq dalana dirənir. Bu məntiqin etibar məntiqi ilə əvəzlənməsi üçün qarşılıqlı etibar doğuran bir şeyə qayıtmaq lazımdır. Və Ermənistanın Rusiya ilə qaz və silahdan başqa danışmaq üçün mövzusu olsa da, bu vaxt artıq ötdü. Əgər bu danışıqlar bərpa olunsa, o zaman Ermənistan Rusiya üçün özünükü olacaq və bu fonda digər tərəfə silah satmaq əlbəttə qeyri-təbii görünəcək” – deyə, S.Kurginyan bildirib.
Bununla yanaşı, o əlavə edib ki, silah kontekstində həyasızlıq etmək lazım deyil.
“Qarabağa dəstəyə gəldikdə isə, bizlərin hər biri kifayət qədər məlumatlı adamlarıq, buna görə də, Rusiyanın zəhmətinin olmaması barədə danışmaq lazım deyil. Nə üçün belə danışırsınız? Laçında rusların zəhməti olmayıb? Siz buna əminsiniz? Artıq şərh verməyəcəyəm. Məni eşidənlər eşitdi” – deyə, o, vurğulayıb.
www.aze.az
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin