"Qlobal dalğalanmalar fonunda Azərbaycan iqtisadiyyatı dayanıqlı artım nümayiş etdirir".
Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zaman deyib.
O bildirib ki, 2025-ci ilin gözlənilən artım tempi nəzərə alınmaqla, 2022-25-ci illərdə ortaillik hesabla ÜDM-in 3.3% artması gözlənilir:
"Bu artım tamamilə qeyri-neft-qaz sektorunun inkişafı hesabına təmin olunacaq. Bu sahədə ÜDM-in ortaillik artımının 6.1% olacağı gözlənilir. Bu isə sosial-iqtisadi inkişaf strategiyası ilə müəyyən olunmuş hədəfdən yüksəkdir".
Mərahim Nəsib