Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Sahibə Qafarova: "44 günlük Vətən müharibəsi və antiterror tədbirləri haqsızlığa son qoydu"
"Sabah siz Azərbaycanın Qarabağ bölgəsini - Füzuli, Şuşa, Xankəndi və Xocalı şəhərlərini ziyarət edəcəksiniz. Səfər çərçivəsində siz Azərbaycan torpaqlarının 30 illik işğalının ağır nəticələrinin, Ermənistan tərəfindən işğal dövründə törədilmiş vəhşiliklərin, yerlə bir edilmiş şəhər və kəndlərin, dağıdılmış tarixi, mədəni və dini abidələrin canlı şahidi olacaqsınız".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Bakıda keçirilən "Parlamentarizm: Ənənələr və perspektivlər" mövzusunda Beynəlxalq Parlament Konfransında deyib.
"Lakin eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi və böyük səyləri ilə həyata keçirilən irimiqyaslı abadlıq-quruculuq işləri ilə tanış olacaqsınız. 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında antiterror tədbirləri 30 illik işğala və haqsızlığa son qoydu, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etdi. Eyni zamanda, məhz ölkəmizin təşəbbüsü ilə Cənubi Qafqazda uzunmüddətli sülhün və sabitliyin yaradılması imkanlarına da yol açdı", - spiker vurğulayıb.
Mərahim Nəsib
"Milli Məclis" teqi üzrə xəbərlər
- Milli Məclis Avropa Parlamentinə ETİRAZ MƏKTUBU ünvanladı
- Deputat: "Beynəlxalq nəqliyyat dəhlizləri ölkəmizin strateji, etibarlı dövlət kimi nüfuzunu artırıb"
- Əmək fəaliyyətinə başlayanlar üçün sağlamlıq arayışı pulsuz olsun - TƏKLİF
- Milli Məclis Azərbaycan hökumətinin hesabatını qəbul etdi
- Zahid Oruc: "Tikinti şirkətləri vətəndaşları ömürlük kirayənişinə çeviriblər"